Bakının Qaradağ rayonunda \"Qazel\" və
\"Kamaz\" markalı iki yük avtomobili toqquşub. Nəticədə \"Qazel\"
markalı avtomobilin sürücüsü, 1986-cı il təvəllüdlü İmanov Samir Abbasəli oğlu
həlak olub. SİA-nın Fövqəladə Hallar Nazirliyin rəsmi saytına istinadən xəbərinə
görə, hadisə yerinə cəlb olunmuş FHN-nın xilasediciləri xüsusi alət və
avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış S.İmanovun cəsədini
nəqliyyat vasitəsindən çıxararaq onu aidiyyəti üzrə ailəsinə təhvil veriblər. Həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB