Sentyabrın 11-də Moskva prospektində Gədəbəy rayon sakini Rüstəm Cəfərov Şamaxı rayon sakini Vüqar Musayevə bıçaqla hədə-qorxu gələrək 300 manatını və mobil telefonunu əlindən aldığına görə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sentyabrın 11-də isə Bakı şəhər sakini Rövşən Fətullayev 8-ci mikrorayonda Günay Məmmədovanın mobil telefonunu əlindən alıb qaçdığına görə vətəndaşlar tərəfindən tutularaq Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB