Gürcüstanda ağır yol-nəqliyyat hadisəsi baş verib - HADİSƏ

Gürcüstanda ağır yol-nəqliyyat hadisəsi baş verib - HADİSƏ

Dünən Gürcüstanın qərbində baş vermiş ağır yol qəzası nəticəsində 7 nəfər həlak olub. SİA-nın aldığı məlumata görə, 20 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Zərər çəkənlərin arasında Gürcüstan və Türkiyə vətəndaşlarının olduğu bildirilir. Ölənlərin vətəndaşlığı barədə məlumat yoxdur.


Poti şəhər xəstəxanasından verilən məlumata görə, oraya qəzada yaralanan 4 Türkiyə vətəndaşı - iki yaşlı, iki uşaq çatdırılıb. Onlar bir ailənin üzvləridir. Həkimlərin sözlərinə görə, onlardan birinin, 14 yaşlı qızın, vəziyyəti ağırdır, və o Tbilisi xəstəxanasına aparılacaq.


İlkin məlumata əsasən, hadisədə üçüncü avtomobil də iştirak edib.


"Rustavi-2" telekanalının məlumatına görə, Türkiyə istiqamətində yüksək sürətlə hərəkət edən avtobus qarşıdan gələn başqa avtobusla toqquşub.


Şahidlərin sözlərinə görə, içərisində azı 50 nəfər olan avtobuslardan biri zərbədən sonra aşıb. Hadisə yerindən gələn məlumatlara görə, sərnişinlərin əksəriyyəti ağır xəsarətlər alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara daşınıb.


Ən son məlumatlara görə, Gürcüstanda baş vermiş iri yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər ölüb, 20-dən çox adam yaralanıb. Məlumatı "Vesti24" telekanalı yyıb.


Bütün xəbərlər Facebook səhifəmizdə