Bu gün Beyləqan rayonunda hərbçiləri daşıyan maşın aşıb. Hadisə Horadiz-Bakı yolunun Beyləqanın Qaradağlı kəndi ərazisindən keçən hissəsində baş verib. Beyləqan rayon Polis Şöbəsindən SİA-ya verilən məlumata görə, Sərhəd Qoşunlarına məxsus avtomobil yoldan çıxaraq aşıb. Yaralılar dərhal Beyləqan Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Beyləqan Mərkəzi Rayon Xəstəxanasının həkimi Məhəmməd Kazımov bildirib ki, yaralılara ilkin tibbi yardım aparılıb: "Qoyduq maşınlara, gətirdik xəstəxanaya. Burada da cərrahlar, travmatoloqlarla birlikdə köməkli yardım göstərdik".
Beyləqan Mərkəzi Rayon Xəstəxanasından bildirdilər ki, hərbçilərdən ikisinin vəziyyəti orta ağır, digərlərinin xəsarətləri isə yüngüldür. Hadisə yerində olan həkimlərin sözlərinə görə, avtomobil yoldan çıxaraq əkin sahəsinə düşüb.
M.Kazımov deyib ki, maşın heç nəyə dəyməmiş aşmışdi: "Hərbçilərin özlərinin də dediyinə görə maşın aşıb".
İlkin tibbi yardım aldıqdan sonra yaralılar Füzuli rayonun Əhmədbəyli kəndi ərazisindəki hərbi hospitala evakuasiya olunub. Qəzanın baş vermə səbəbləri ilə bağlı ərazidəki hərbi prokurorluqda araşdırma aparılır.
Azərbaycanın Beyləqan rayonunda hərbçiləri daşıyan maşın aşıb. Bu barədə Beyləqan rayon Polis Şöbəsindən bildirilib.
Hadisə bu gün saat 13.00 radələrində Horadiz-Bakı yolunda qeydə alınıb. Əsgərləri daşıyan "UAZ" markalı maşın yoldan çıxaraq aşıb. Nəticədə 7 nəfər hərbçi xəsarət alıb. Yaralıların xəsarətinin ağır olmadığı bildirilir.
Polis Şöbəsindən həmçinin bildirilib ki, qəzaya uğrayan avtomobildə Sərhəd Qoşunlarının şəxsi heyəti olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB