Daxili İşlər Nazirliyi ötən gün paytaxtda baş verən silahlı insidentlə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi ötən gün paytaxtda baş verən silahlı insidentlə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi ötən gün Bakıda baş verən silahlı insidentlə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sentyabrın 9-da Yasamal rayonu ərazisində, naməlum şəxs odlu silahdan atəş açaraq Bakı şəhər sakini Taleh Məmmədova xəsarət yetirib. Xəsarətlə xəstəxanaya yerləşdirilən T. Məmmədov orada ölüb.

DİN Baş Mühafizə İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində Bakı şəhər sakini Müseyib Cəfərov tərəfindən törədilməsi müəyyən edilib. M. Cəfərovun qardaşı Mübariz hadisə zamanı istifadə edilmiş 1 ədəd \"Makarov\" markalı tapançanı və 5 ədəd gülləni könüllü olaraq polisə təhvil verib.

M. Cəfərovun tutulması üçün tədbirlər davam etdirilir. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Yasamal RPİ tərəfindən aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə