Abşeron rayonunda \"Qazel\" aşıb

Abşeron rayonunda \"Qazel\" markalı yük avtomobili səkiyə çırpılaraq aşıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, avtomobildə olan azyaşlı uşaq yaralanaraq nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarmağa müvəffəq olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə