Şirvanda "Sərvət" şadlıq sarayında toy yas mərasiminə çevrilib. SİA-nın Aran bürosuna məlumat verən şahidlər bildirib ki, dünən axşam saat 22:30 radələrində "Sərvət" şadlıq sarayında spirtli içki qəbul edən 2 gənc mübahisə ediblər. Şadlıq sarayının qonşu həyətində yerləşən restoranında polis şöbəsinin rəhbərliyinin olması mübahisənin genişlənməsinin qarşısını alıb. Şirvan polis şöbəsinin bölmələrinin şəxsi heyəti əraziyə cəlb edilib.
Hadisə yerinə yollanan SİA-nın Aran bürosunun müxbiri ərazidə polis nəzarətinin olmasının, şadlıq sarayının polis tərəfindən bağlanmasının şahidi olub.
Bir sözlə şadlıq sarayında keçirilən toy mərasimi 2 şəxsin sərxoş olması və polisin müdaxiləsi nəticəsində qələbəliyə çevrilməklə yaddaşlara həkk olunub. Müxbirimizin ərazidə araşdırma aparmasına polis şöbəsinin sahə müvəkkillərindən biri Emil Qasımov ciddi və kobud şəkildə müdaxilə etməyi özünə vəzifə borcu hesab edərək məsuliyyətli missiyanı üzərinə götürüb.
Ərazidə olan vətəndaşlar toyda iştirak edən 7 nəfərİn polis tərəfindən saxlanıldığını bildiriblər.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB