Bakı şəhər Baş Polis İdarəsi avtobusların toqquşması ilə bağlı məlumat yayıb

Bakı şəhər Baş Polis İdarəsi avtobusların toqquşması ilə bağlı məlumat yayıb

İdarədən SİA-ya verilən məlumata görə, sentyabrın 9-u saat 15:10 radələrində Böyük Şor şosesində Əbdüləzim Əliyevin idarə etdiyi 89 saylı marşrut üzrə hərəkət edən \"Daewoo\" markalı avtobusla Fərrux Musayevin idarə etdiyi \"Mersedes\" markalı mikroavtobus toqquşub.

Nəticədə mikroavtobus sürücüsü Musayev hadisə yerində ölüb, \"Daewoo\"nun sərnişinləri Asim Əsgərov, Əhəd Kazımov, Ülkər Xəlilova, Aynurə Məmmədzadə və Ruhiyyə Vəliyeva 3 saylı xəstəxanaya yerləşdirilub.

Faktla bağlı cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə