Qəza törədən şəxsi atası polisə təhvil verdi

Qəza törədən şəxsi atası polisə təhvil verdi

Şirvanda dünən axşam saat 21:30 radələrində piyadanı maşın vurub. SİA-nın Aran bürosunun məlumatına görə, hadisə Naxçıvan küçəsində baş verib və Şırvan şəhər Mənzil Komunal idarəsinin baş mühəndisi, hal-hazırda rəis vəzifəsini icra edən 1965-ci il təvəllüdlü Ağayev Əlamət İlbeyis oğlunun xəsarət alması ilə nəticələnib.

Belə ki, Ə.Ağayev Naxçıvan küçəsində yolun kənarında dayanarkən sürücü, Hacıqabul rayon sakini 1989-cu il təvəllüdlü Baloğlanov Elnur Vidadi oğlunun idarə etdiyi "Mercedes-Benz" markalı avtomaşın onu vurub.

Hadisə yerindən qaçan sürücü evdə atasına törətdiyi hadisəni deyib. Atası dərhal oğlunu Şirvan polis şöbəsinə gətirərək təhvil verib. Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır. Xəstəxanadan isə Ə.Ağayevin sağ baldur sümüklərin qapalı yerdəyişmiş sınığı diaqnozu ilə müraciət etdiyini və müalicənin davam olunduğu bildirilib.


İqbal Mikayılov


Bütün xəbərlər Facebook səhifəmizdə