Bərdədə iki yük maşını toqquşub

Bərdədə iki yük maşını toqquşub

Yevlax-Ağdam yolunun 24 km-liyində Bərdə rayon ərazsində yol nəqliyat hadisəsi baş verib. SİA-nın Qarabağ üzrə bölgə müxbrinin verdiyi məlumata görə, rayonun Bakı kücəsində iki yük maşını toqquşub. Qəza nəticəsində "Mercedes" markalı yük maşınının sürücüsü xəsarət alıb.

Sürücülərin sözlərinə görə, qəzaya səbəb "KrAZ" markalı qaldırıcı kran maşınının "Mercedes"in hərəkət zolağına cıxması olub. Yaralı Elcin Suleymanov rayon mərkəzi xəstəxanasına yerləşdirlib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır


Şamxal Cəliloğlu



Bütün xəbərlər Facebook səhifəmizdə