Şirvanda yenə avtomobil qəzası baş verib

Şirvanda yenə avtomobil qəzası baş verib

Şirvanda bu gün saat 13:30 radələrində avtomobil qəzası baş verib. SİA-nın Aran bürosunun məlumatına görə, şəhərin Heydər Əliyev prospektində sürücü, 1979-cu il təvəllüdlü Məmmədov Əlihüseyn Ağahüseyn oğlu idarə etdiyi VAZ 21099 markalı 10 GR 399 nömrəli avtomaşınla öz yolunda hərəkətdə olan zaman gözlənilmədən qarşısına Mövsimov Bəhruz Seydi oğlunun idarə etdiyi VAZ 2106 markalı 10 DA 586 nömrəli maşın çıxıb və nəticədə toqquşublar.

Hər iki avtomobilin ciddi zədə aldığı hadisənin səbəbkarı sürücü Bəhruz Mövsimov yüngül dərəcədə bədən xəsarəti alıb.

Fakt Şirvan polis şöbəsinin istintaq bölməsində araşdırılır.


İqbal Mikayılov


Bütün xəbərlər Facebook səhifəmizdə