Mənzildən rəsm əsərləri oğurlayan keçmiş məhkum saxlanılıb

Mənzildən rəsm əsərləri oğurlayan keçmiş məhkum saxlanılıb

Avqustun 22-nə keçən gecə Şüvəlan qəsəbə sakini Zaur Məmmədovun evindən pəncərədən keçmə yolu ilə 8 ədəd dekorativ xəncər, 12 ədəd rəsm əsəri, 1 ədəd kukla, durbin, gümüş əşyalar, vaza və gödəkçə oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Baba Şabanov sentyabrın 6-da yaxalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə