Bakı-Qazax yolunun Hacıqabuldan keçən hissəsində dəhşətli yol qəzası – 3 ölü - FOTO
Bakı-Qazax yolunun 117-ci kilometrliyində dəhşətli yol qəzası baş verib. SİA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Hacıqabul rayonu ərazisində hələlik adı dəqiqləşdirilən Beyləqan rayon sakininin "Assamad" markalı maşını idarəetməni itirərək aşıb. Maşın bir neçə dəfə fırlanaraq yolun ortasındakı bardürləri qıraraq qarşı tərəfə çıxıb, Bakıya tərəf gələn "KİA Sorento" markalı avtomobilə dəyib və dayanıb.
Hadisə yerinə gələn dövlət yol polisinin əməkdaşları ilkin araşdırmalardan sonra məlumat veriblər ki, "Assamad"da olan üç nəfər yerindəcə dünyasını dəyişib.
Faktla başlı araşdırma aparılır.
İqbal MİKAYILOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB