İndoneziyanın Sumatra adasında zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeraltı təkanların gücü 6,6 bal təşkil edib. Zəlzələnin episentri Medana şəhərindən 99 km cənub-qərbdə qeydə alınıb. Yer titrəyişləri bir neçə yaşayış məntəqəsində 30 saniyə ərzində hiss olunub. İlkin məlumata görə, 1 nəfər ölüb, elektrik xətləri zədələnib. Minlərlə insanın təhlükəsiz ərazilərə təxliyyə olunduğu bildirilir.
Anoloji hadisə Panama sahillərində də baş verib. Yeraltı təkanların gücü 5,9 bal təşkil edib. Zəlzələnin episentri David şəhərindən 210 km cənubda qeydə alınıb. Tələfat və dağıntı barədə məlumat verilmir.
Həmçinin İranın mərkəzində də zəlzələ olub. Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin yaydığı məlumata əsasən, yeraltı təkanların gücü 4,4 bal təşkil edib. Zəlzələnin episentri Kerman şəhərindən 90 km şimal-qərbdə qeydə alınıb. Tələfat və dağıntı barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB