Fövqəladə Hallar Nazirliyi ötən gün Bakıda baş verən yanğın hadisəsi ilə bağlı rəsmi açıqlama yayıb. SİA-nın nazirliyin internet səhifəsində yer alan xəbərə istinadən verdiyi məlumata görə, Nizami rayonunda vətəndaşa məxsus dördmərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində ümumi sahəsi 70 kv.m olan geyim dükanının yanar konstruksiyaları və həmin dükanın içərisində olan mallar 50 kv.m sahədə yanıb.
Ticarət mərkəzinin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 15:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB