\"Talas\" qasırğası Primorskini vurdu

\"Talas\" qasırğası Primorskini vurdu
Yaponiyadan start götürən \"Talas\" qasırğası Rusiyanın Primorskiy vilayətini iflic vəziyyətə qoyub. Belə ki, sentyabrın 6-na keçən gecə Primorsk ərazisinə daxil olan qasırğa Primorsku bütövlükdə elektrik enerjisindən məhrum edib. SİA bu barədə Ria.ru-ya istinadən xəbər verir. Belə ki, Çerniqov kəndinin sakinləri qasırğadan ehtiyat edərək, müxtəlif sığınacaqlarda gecələməyə məcbur olublar. Çerniqovda 14,3 min insanın yaşadığı bildirilir. Qasırğanın həmni ərazidə sentyabrın 7-nə qədər qalacağı barədə məlumatlar verilib. Lakin bundan sonra \"Talas\" istiqamətini dəyişərək, Tatar körfəzinə oradan da Xabarovsk ərazisinə keçəcək.

ABC News telekanalının verdiyi xəbərə görə, güclü qasırğa başlayandan bəri 37 insan həyatını itirib. Əsas zərbə isə Yaponiyanın Vakayama prefektinə dəyib. Orada 22 insan öz həyatından məhrum olub və onlarla insan itkin düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə