Bakı Poladtökmə Zavodunda güclü partlayış baş verib

Bakı Poladtökmə Zavodunda güclü partlayış baş verib

Bu gün səhər saat 6-7 radələrində Bakıdakı zavodların birində güclü partlayış baş verib. SİA-nın aldığı məlumata görə, hadisə Bakı Poladtökmə Zavodunda qeydə alınıb. Məlumatda bildirilir ki, qurğuların birində baş verən partlayış nəticəsində 5 nəfər xəsarət alıb.


Təcilli Tibbi Yardım Stansiyasının həkimi bildirib ki, hadisə zamanı 3 nəfər xəsarətlə 5 saylı Şəhər Klinik Xəstəxanasının yanıq mərkəzinə yerləşdirilib.


Qeyd edək ki, partlayış nəticəsində xəsarət alanlar - 43 yaşlı Qiyaməddin Ağalarov və 51 yaşlı Lətif Abbasovun vəziyyəti ağırdır. Digər yaralıya isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə