71 yaşlı Şirvan sakinin axşam namazına gedərkən maşın vurub

71 yaşlı Şirvan sakinin axşam namazına gedərkən maşın vurub

71 yaşlı Şirvan sakinin axşam namazına gedərkən maşın vurub. SİA-nın Aran bürosunun müxbirinin şahidi olduğu hadisə Şirvanda baş verib. Belə ki, 1940-cı il təvəllüdlü Qənbərov İbrahim Rza oğlunu dünən axşam namazına gedərkən məsçidin yanında sürücü, Bakı sakini 1986-cı il təvəllüdlü Xancanov Samir Tofiq oğlu serətlə idarə etdiyi Mersedes Benz markalı dövlət qeydiyyat nömrəsi 90 GX 275 olan maşınla vurub. Piyada huşunu itirmiş vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Xöşbəxtlikdən qoca xəsarət almayıb. Sürücü isə vurduğu İbrahim Qəmbərovu xəstəxanaya düşürdükdən sonra maşını gizlətmək istəyərkən ağaca vurub. Faktla bağlı Şirvan polis şöbəsinin istintaq bölməsinin müstəntiqi Elnur Cəfərovun icratında olan cinayət işi başlanılıb.


İqbal Mikayılov


Bütün xəbərlər Facebook səhifəmizdə