Bakı şəhəri, Nərimanov rayonunda \"Azərelektroterm\" MMC-nin ərazisində 4000 kv.m açıq sahəyə yığılmış istehsalatda xammal kimi istifadə olunan yararsız avtomobil şinləri 2500 kv.m sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər tərəfindən bitişik sexlər yanğından mühafizə olunub.
Eyni zamanda, xilasedicilər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Yanğın saat 07:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB