Sentyabrın 3-ü saat 16 radələrində "Sədərək" ticarət mərkəzində Bakı şəhər sakini Zaur Xəlilova məxsus mağazadan geyim əşyalarını götürüb qaçdığına görə əvvəllər məhkum olunmuş Ceyhun Qasımov Qaradağ Rayon Mühafizə Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, C. Qasımov 10-cu Polis Bölməsinə təhvil verilib və ondan 1 qramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB