Paytaxtda bıçaqlanma hadisəsi baş verib

Paytaxtda bıçaqlanma hadisəsi baş verib

Sentyabrın 1-də Nobel prospektinin qarşısından Kürdəmir rayon sakini Azər Əzizov döş qəfəsindən aldığı deşici alət xəsarəti ilə Klinik Tibbi Mərkəzə daxil olub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azər Əzizova ağır bədən xəsarəti yetirmiş Bakı şəhər sakini Samir İbadov sentyabrın 2-də yaxalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə