Hacıqabulda açıq-aşkar soyğunçuluq edən şəxs saxlanılıb. SİA-nın Aran bürosuna məlumat verən Hacıqabul Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi Səfiyar Əliyev bildirib ki, 31 avqust 2011-ci il tarixdə rayonun Qubalı Baloğlan kəndində Rəncbər kənd sakini, 1986-cı il təvəllüdlü Şirinov Seymur Qəfər oğlunun şalvarının arxa sağ cibindən Qubalı Baloğlan kənd sakini 1982-ci il təvəllüdlü Əliyev Asif Qəfər oğlu pul qabını sahibinin gözü qarşısında götürüb. Seymur Asifə nə qədər xahiş etsə də pul qabını qaytarmayıb.
Pul qabında 330 manat pul bə 1 təqaüd kartı olub. Soyğunçu Asif Əliyev xahiş-minnətdən sonra 19 manat pulu sahibinə qaytarıb. Zərərçəkmiş polisə müraciət edən kimi dərhal əməliyyat qurupu yaradılaraq soyğunçuluq edən Asif Əliyev saxlanılıb və barəsində ARCM-nin 180.1 maddəsi ilə cinayət işi başlanılıb istintaq davam edir.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB