Saxta tələbə bileti satan şəxs barəsində cinayət işi başlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Bakı şəhər sakini Faiq İbrahimov 2008-ci ilin avqust ayının 18-də Balakən rayon sakini Günay Şindiyevanın etimadını qazanaraq ondan 6000 manat almış və əvəzində ona saxta tələbə bileti verib.
Faktla əlaqədar rayon prokurorluğunda CM-nin 178-ci maddəsi ilə cinayət işi başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB