Respublika Hərbi Prokurorluğunun avtomobili ağır qəzaya uğrayıb - FOTO

Respublika Hərbi Prokurorluğunun avtomobili ağır qəzaya uğrayıb - FOTO

Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində respublika hərbi prokurorunun 1-ci müavinin xidməti avtomobili qəzaya uğrayıb.

SİA-nın Aran bürosunun məlumatına görə, Bakı-Qazax yolunun 97-ci kilometrliyində Hacıqabul istiqamətində hərəkətdə olan Respublika Hərbi Prokurorluğuna məxsus "Toyota Camry" markalı 00-02 HP nömrəli avtomaşın yoluna sağ tərəfdən gözləmədən çıxan "VAZ 2106" markalı 10 EK 418 nömrə nişanlı maşın yolun hərəkət zolağına çıxaraq əks istiqamətə çıxmaq istəyərkən toqquşublar. Nəticədə "VAZ 2106"nın sürücüsü Qaradağ rayonunun Ələt qəsəbəsinin sakini, 1957-ci il təvəllüdlü Hüseynov Madar Ələsgər oğlu ağır xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib. Digər avtomobili idarə edən hərbi prokurorun 1-ci müavinin sürücüsü Amanov Vüqar Fərhad oğlunun həyat yoldaşı Amanova Nailə və uşaqları 6 yaşlı Nigar, 4 yaşlı Fərid yüngül xəsarət alıblar.

Şirvan xəstəxanasından verilən məlumata görə, "VAZ 2106" markalı maşının sürücüsü Madar Hüseynov sol ayağın geniş ölçülü əzilmiş, didilmiş, dağılmış yarası və travmatik amputasiyası diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin ümumi vəziyyəti ağır qiymətləndirilib.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə