Rusiyanın təhlükəsizlik xidmətinin əməkdaşları Çeçenistanın paytaxtı Qroznıda doqquz insanın ölümü və 20 nəfərin yaralanması ilə nəticələnən terror aktının izinə düşüb. Avqustun 30-da Ramazan bayramı münasibəti ilə gerçəkləşən bayram namazı zamanı törədilən terror hadisəsi "ikili partlayış" sxemində reallaşdırılıb. SİA-nın Vesti 24-ə istinadən verdiyi məlumata görə, hüquq mühafizə orqanlarının rəsmi nümayəndəsi bildirib ki, ilk partlayış diqqəti yayındırmaqdan ötrü, ikinci partlayış isə bilavasitə insan itkisi üçün törədilib.
Yaxınlıqda yaşayan şəhər sakinlərindən birinin verdiyi məlumatlara görə, o, Boqdan Xmelnitski küçəsində yerləşən yolkənarı kafedə üç nəfər şübhəli şəxsin oturduğunu müşahidə edib və hüquq mühafizə orqanlarına məlumat verib. Güc strukturlarının nümayəndələri həmin əraziyə yaxınlaşdığı zaman, şübhəli şəxslərdən biri oradan qaçmağa cəhd göstərib. Mühasirəyə alındığını anladıqdan sonra isə özünü partladıb.
Partlayış nəticəsində iki hüquq-mühafizə əməkdaşı yerindəcə həlak olub. Sonra daha iki nəfər terrorçu özlərini partladaraq, insanların ölümünə səbəb olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB