Hacıqabul Bəhrəmtəpə yolunun 23-ci kilometrliyində ağır yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosuna məlumat verən BDYP-nın müstəntiqi Anar İmanquliyev bildirib ki, Sabirabad rayonun Nizami kəndi ərazisində baş verən hadisə zamanı "Opel" markalı 19 BF 602 nönrəli maşın 90 JM 733 nömrəli "MAN" markalı yük maşınına çırpıldıqdan sonra "Nexsiya" markalı 50 BP 516 nömrəli maşınla toqquşub. İdarəetməni itirən yük maşını sonra "VAZ 2107" markalı maşına dəyərək yoldan kənara çıxıblar.
Nəticədə "Opel"də olan Füzuli rayonundan köçkün olan və Şirvan şəhərində məskunlaşan Məmmədov Azər Telman oğlu ağır yaralanaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Digərləri sürücü Məmmədov Səyyad Telman oğlu və Quliyev Elmir Allahverdi oğlu dünyalarını dəyişiblər.
Faktla bağlı BDYP-nin istintaq bölməsində araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB