Gəncə şəhərində 17 yaşlı yeniyetmə qətlə yetirilib. Şəhər Prokurorluğundan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, Cabbarov Asif mübahisə zəminində Musayev Məşdi Ayaz oğlunu bıçaqla qətlə yetirib. Mərhum xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsi ilə iş açılıb.
Polis qatilin axtarışını həyata keçirir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB