Keçmiş məhbusda narkotik vasitə tapılıb - FOTO

Keçmiş məhbusda narkotik vasitə tapılıb - FOTO

Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində qanunsuz şəkildə narkotik istifadə edən şəhər sakini həbs olunub. SİA-nın bölgə müxbiri xəbər verir ki, hüquq-mühafizə orqanı əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Vəliyev Vəfadar adlı şəxs saxlanılıb. Onun üzərində olan çantadan təxminən 2 kiloqramdan artıq narkotik vasitə tapılıb.

Dindirilmə zamanı məlum olub ki, adıçəkilən şəxs narkotik tərkibli bitkini yığıb, sonra qurudaraq istifadə etmək istəyib. İstintaq tədbirləri Vəfadar Vəliyevin daha bir neçə cinayət əməlini də ortaya çıxarıb. Narkotik istifadəçisi eyni zamanda oğrudur. O, daha iki oğurluq faktında təqsirli bilinir.

Qeyd edək ki, sözügedən şəxs dəfələrlə məhbusluq həyatı yaşayıb. Sonuncu dəfə isə 1 ay əvvəl həbsdən çıxıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə