Axtarışda olan şəxslər tutulub

Axtarışda olan şəxslər tutulub

Nəsimi Rayon Polis İdarəsinin CAŞ-ın əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə axtarışda olan İlqar Dadaşov avqustun 26-da tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Azər Əbdüləzimov avqustun 26-da həbs olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə