Şübhəli şəxs qismində saxlanılan bir qrup Salyan rayon sakininin mal-qara oğurluğu törətməsi müəyyən edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, DİN Çevik Polis Alayı və Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 25-də Xətai rayonu ərazisində Salyan rayon sakinləri Vahid Hüseynov, Amil Dünyamalıyev və Murad Əhədov 6 baş inəyi satarkən şübhəli şəxs qismində saxlanıliblar.
İlkin araşdırmalar zamanı onların inəkləri Salyan rayon sakini Akif Qarayevin həyətindən oğurlamaları müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB