Avstriyada Tirol federal torpağının şərqində, dağlıq ərazidə meşə yanğını qeydə alınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yanğının ümumi sahəsi 10 ha təşkil edir. Alovla mübarizəyə yanğınsöndürənlər, xilasedicilər, könüllülər və helikopterlər cəlb edilib. Quru və isti hava şəraiti, eləcə də yanğının yüksək və çətin keçilən ərazidə tüğyan etməsi yanğının söndürülməsini çətinləşdirir.
Hazırda alovla mübarizə davam edir. İlkin ehtimala görə, yanğına ehtiyatsızlıq səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB