Qaxda avtomobil körpüdən aşıb

Azərbaycanın Qax rayonunda ağır yol qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər isə ağır yaralanıb. Belə ki, 1979-cu il təvəllüdlü Qax şəhər sakini Hacıyev Xürrəm Rasim oğlu idarə etdiyi "VAZ-21099" markalı, 34 BC 093 dövlət nömrə nişanlı avtomobili Süskənd çayı üzərindəki körpüdən aşırıb. Nəticədə X.Hacıyev hadisə yerindəcə keçinib. Avtomobildə olan digər sərnişinlər - 1963-cü il təvəllüdlü Məmmədov Bilal Əli oğlu və 1953-cü il təvəllüdlü Qax rayonu Ləkid kənd sakini Məmmədov Əmirxan Cuma oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərlə Rayon Mərkəzi Xəstənaxanasına yerləşdirilib.

Fakla bağlı araşdırma aparılır.


Bütün xəbərlər Facebook səhifəmizdə