Azərbaycanın Qax rayonunda ağır yol qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə nəticəsində bir nəfər
ölüb, iki nəfər isə ağır yaralanıb. Belə ki, 1979-cu il təvəllüdlü Qax şəhər
sakini Hacıyev Xürrəm Rasim oğlu idarə etdiyi "VAZ-21099" markalı, 34 BC 093
dövlət nömrə nişanlı avtomobili Süskənd çayı üzərindəki körpüdən aşırıb.
Nəticədə X.Hacıyev hadisə yerindəcə keçinib. Avtomobildə olan digər
sərnişinlər - 1963-cü il təvəllüdlü Məmmədov Bilal Əli oğlu və 1953-cü il
təvəllüdlü Qax rayonu Ləkid kənd sakini Məmmədov Əmirxan Cuma oğlu aldıqları
müxtəlif dərəcəli bədən xəsarətlərlə Rayon Mərkəzi Xəstənaxanasına
yerləşdirilib.
Fakla bağlı araşdırma aparılır.