Bakıda marşrut avtobusları toqquşub: xeyli sayda yaralı var - HADİSƏ

Bakıda marşrut avtobusları toqquşub: xeyli sayda yaralı var - HADİSƏ

Bakıda iki marşrut avtobusunun toqquşması ilə bağlı DİN-in rəsmi saytında açıqlama yerləşdirilib. Məlumatda bildirir ki, avqustun 23-də saat 10:00 radələrində Binəqədi rayonu ərazisində, Bakı şəhər sakini Zahid Əliyevin idarə etdiyi "Otoyol" markalı və Şamaxı rayon sakini Rahim Gülalıyevin idarə etdiyi "Otoyol" markalı şəhərdaxili sərnişin avtobusları toqquşmuşdur. Nəticədə xəsarət almış hər 2 sürücü və 16 sərnişin müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilmişlər. Sərnişinlərə tibbi yardım göstərildikdən sonra onlar evə buraxılmış, sürücülərin vəziyyətləri isə qənaətbəxşdir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə zamanı 8 nəfər xəsarət alıb. Onlardan 2 nəfəri Travmatologiya və ortopediya Elmi-Tədqiqat İnstitutuna, 6-sı isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Bakıda Binəqədi rayonu ərazisində iki marşrut avtobusu toqquşub.

Hadisə yerindən şahidlərin verdikləri məlumata görə, bu gün səhər saat 10:00 radələrində Binəqədi rayon Yol Polisi Şöbəsinin qarşısında 165 saylı iki marşrut avtobusu toqquşub, yaralananlar var.


Məlumata görə, yaralıların sayı 10-dan artıqdır.


Hadisə yerində təcili tibbi yardım həkimləri və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyirlər.


Yaralıların bir qismi xəstəxanaya aparılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə