Çini qablar zavodunda yanğın: 14 ölü

Çini qablar zavodunda yanğın: 14 ölü

Çinin Quandun əyalətində keramik və çini qabların istehsalı üzrə zavodda güclü yanğın baş verib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Foşan şəhərində fəaliyyət göstərən zavodda qeydə alınmış hadisə nəticəsində 14 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Alovla mübarizəyə 24 ədəd texnika və yüzdən artıq canlı qüvvə cəlb olunub. İki saat davam edən yanğın yanğınsöndürənlərin səyi nəticəsində söndürülüb. Hadisənin başvermə səbəbi araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə