Şirvanda törədilən qətl hadisəsinin üstü açılıb. Hadisə ilə bağlı SİA-nın Aran bürosuna məlumat verən Şirvan şəhər prokuroru Həsən Hənifəyev bildirib ki, 19 avqust 2011-ci ildə Şirvan şəhər Polis Şöbəsindən verilən məlumata əsasən, Nizami küçəsi ilə Vidadi küçəsinin kəsişməsində 34-40 yaşlarında naməlum kişi meyiti tapılıb. Bununla əlaqədar olaraq Şirvan Polis Şöbəsi Şirvan Prokurorluğu ilə birgə intensiv istintaq əməliyyat tədbirlərinə başlanılıb. Müəyyən edilib ki, meyitin üzərində çoxlu bıçaq yaraları vardır və meyitin şəxsiyyəti məlum olub. Həmin şəxs Bakı sakini Məmmədov Azər Abbəsəli oğludur. Keçirilmiş istintaq əməliyyat tədbirləri nəticəsində 5 gün ərzində yəni 23 avqust 2011-ci il tarixdə məlum olub ki, cinayəti törədən şəxslər İmişli rayon sakinləri 1991-ci il təvəllüdlü Qarayev Tural İxtiyar oğlu və 1990-cı il təvəllüdlü Məmmədov Turqut Asif oğludur.
İmişli Polis Şöbəsinin, Şirvan Polis Şöbəsinin və Şirvan Prokurorluğunun əməkdaşlarının birgə əməliyyat tədbirləri nəticəsində həmin şəxslər yaxalanmış və şübhəli şəxs qismində saxlanılıblar. Cinayət mərhumun "Volkswagen Passat" markalı maşının ələ keçirilməsi məqsədi ilə baş verib.
Belə ki, Bakı şəhərindən 2 şəxs taksi kimi həmin maşını Şirvan şəhərinə sürdürüblər. Həmin ünvanda Azər Məmmədovu qətlə yetirərək avtomobili qaçıblar. Cinayətin baş verməsinin bütün səbəbləri araşdırılacaq.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB