Kanadada tornado baş verib

Kanadanın Ontario vilayəti ərazisində tornado baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, vilayətin Qoderiç şəhərində 1 nəfər ölüb, 40 nəfər xəsarət alıb. Bildirilir ki, güclü külək nəticəsində tikililərin dam örtükləri zədələnib, ağaclar kökündən çıxaraq aşıb, elektrik xətləri sıradan çıxıb.

Şəhərdə fövqəladə vəziyyət elan edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində qaz təminatı dayandırılıb. Mövcud vəziyyətlə əlaqədar şəhərdə müvafiq işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə