Hindistanda ağır yol qəzası, 40 ölü

Hindistanda ağır yol qəzası, 40 ölü

Hindistanın Uttar-Pradeş ştatında ağır yol-nəqliyyat qəzası baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, içərisində 60 nəfərin olduğu sərnişin avtobusu ştatın inzibati mərkəzi olan Lakxnau şəhərindən 300 km aralıda, Naqra yaşayış məntəqəsi yaxınlığında sürücünün idarəetməsindən çıxaraq gölə düşüb.

Nəticədə, 40 nəfər ölüb, 20 nəfər isə yaralanıb. Qəzanın başvermə səbəbi araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə