Sabirabadda eyni gündə iki azyaşlı uşaq boğulub. SİA-nın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Sabirabad rayonunun Xəlfəli kənd sakini 7 yaşlı Çingiz Əzizov kəndin ərazisindən keçən \"Sabir\" adına su kanalına yıxılaraq boğulub. Fövqəladə Hallar Nazirliyindən isə verilən xəbərə əsasən Xəlfəli kəndi ərazisindən keçən kanalda batmış 2004-cü il təvəllüdlü Əzizov Çingiz Yaşar oğlunun axtarışları başa çatdırılıb. Qeyd olunan şəxsin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 500 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Anoloji hadisə Sabirabad rayonunun Qaratoğay kəndində baş verib. Kənd sakini 15 yaşlı Kamandar Xudaverdiyev kəndin ərazisindəki göldə çimərkən boğulub. Mərhumun meyiti sudan çıxarılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB