Bakı sakini binanın 7-ci mərtəbəsindən liftin şaxtasına düşərək ölüb
Paytaxta bədbaxt hadisə baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən xəbərə görə, nazirliyə Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində baş vermiş texniki nasazlıq səbəbindən liftin şaxtasında vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1978-ci il təvəllüdlü Zəkiyeva Mehriban Qurban qızı binanın 7-ci mərtəbəsindən liftin şaxtasına düşərək ölüb. Xilasedicilər binanın zirzəmisindən şaxtaya daxil olaraq M.Zəkiyevanın cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB