Qazaxıstanda kömür mədənində qəza: 107 nəfər itgin düşüb

Qazaxıstanda kömür mədənində qəza: 107 nəfər itgin düşüb

Qazaxıstanın Saran şəhərində fəaliyyət göstərən Kuzenbayev adına mədəndə qaz və kömür atılması baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, nəticədə 2 mədən işçisi dağıntılar altında qalıb. Hadisə zamanı həmin ərazidə olan digər 3 nəfər isə xilas olunub.

Ümumilikdə, hadisə zamanı mədəndə 107 fəhlə olub. Hazırda əraziyə cəlb olunmuş 45 xilasedici xüsusi texnika vasitəsilə həmin şəxslərin axtarışlarını aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə