\"İnterfaks\" agentliyinin yaydığı məlumata görə, dünən axşam saatlarında Tripoli uğrunda gedən döyüşlərdə Rusiyanın \"İzvestiya\" qəzetinin əməkdaşı, tanınmış jurnalist Orxan Camal qəlpə yarası alaraq yaralanıb. Bu məlumatı xəbər agentliyinə adıçəkilən qəzetin baş redaktoru Aleksandr Malyutin verib. Onun bildirdiyinə görə, Orxan Camalın aldığı yaralar ölümcül deyil və hazırda jurnalistin Rusiyaya geri göndərilməsi istiqamətində müvafiq qurumlarla danışıqlar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB