Gürcüstan-Azərbaycan sərhəd keçid məntəqəsinin yaxınlığındakı yolu sel yuyub
Sel Gürcüstan - Azərbaycan sərhəd keçid məntəqəsinin yaxınlığındakı yolu yuyub. SİA-nın xəbərinə görə, artıq ərazidə bərpa işləri aparılır. Kaxet rayonun qubernatoru Qerqi Qviniaşvili bildirib ki, ötən gün baş verən təbii fəlakət nəticəsində yola dəyən ziyanın tamamilə aradan qaldırılması istiqamətində işlər aparılır.
Qeyd edək ki, son iki gün ərzində Gürcüstanda intensiv yağışların davam etməsi nəticəsində ölkənin Azərbaycanla sərhəd kəndlərində daşqınlar baş verib. Hazırda təhlükəsizlik qüvvələri təbii fəlakət ərazilərində insanların evakusiyasını həyata keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB