Qəssab tanışını baltalayıb
Avqustun 19-da S.Bəhlulzadə küçəsində Bakı şəhər sakini Sahib Şükürov mübahisə zəminində tanışı Allahverdi Baxşəliyevə baş və boyun nahiyəsindən balta ilə xəsarət yetirib. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hadisəni törədən S. Şükürov Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə