Şirvanda tapılan kişi meyitinin kimliyi bəlli olub - FOTO

Şirvanda tapılan kişi meyitinin kimliyi bəlli olub - FOTO

Ötən gün Şirvanda 9 bıçaq yarası ilə tapılmış kişi meyitinin kimliyi bəlli olub. Şirvan prokurorluğunun müstəntiqi Rəfael Həsənovun SİA-nın Aran bürosuna verdiyi məlumata görə, şəhərin Nizami küçəsi ilə Vidadi küçəsinin kəsişməsində aşkar edilən kişi meyitinin 1974-cü ildə Gədəbəy rayonunda anadan olmuş, hazırda Bakı şəhərində yaşayan Məmmədov Azər Abbasəli oğlu olduğu müəyyən edilib. Həmin şəxs 2 dəfə məhkumluq həyatı yaşayıb. Qətli törədənlərin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam edir.


İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə