Qadında fərasətə bax..-HADİSƏ

Qadında fərasətə bax..-HADİSƏ

Bu gün Dövlət Yol Polisinin əməkdaşı ilə avtomobil sürücüsü arasında insident yaşanıb. SİA-nın xəbərinə görə, hadisə Rəşid Behbudov küçəsi ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində baş verib. Belə ki, dövlət nömrə nişanı 90-XB-875 olan "Hyundai" markalı avtomobil Rəşid Behbudov küçəsindən Üzeyir Hacıbəyov küçəsinə əks istiqamətdə hərəkət edib.

Bu səbəbdən DYP-nin əməkdaşı sürücünün yol verdiyi qanun pozuntusuna görə, avtomobili saxlasa da sürücü onların əmrlərinə məhəl verməyib və avtomobili qoyaraq qaçıb. DYP əməkdaşları avtomobili cərimə meydançasına aparmaq istəsələr də buna nail ola bilməyiblər. Belə ki, avtomobilin sürücüsü öz anası ilə birgə hadisə yerinə gələrək yol polisinin və avtomobili aparmağa gələn evakuatorun qarşısını kəsib.

DYP- əməkdaşının ünvanına kəskin ifadələr səsləndirən qadın avtomobilin cərimə meydançasına aparılmasının qarşısını alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə