Tayland ərazisində \"Nok-ten\" adlı tropik qasırğa hökm sürür. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, leysan xarakterli yağışlar ölkənin şimalında yerləşən 27 vilayətdə subasmaya səbəb olub. Nəticədə, 31 nəfər ölüb, 1 nəfər itkin düşmüş hesab edilir. Həmçinin, yüzlərlə yaşayış evləri yağış suları ilə dolub, avtomobil yolları zədələnib. Yaranmış vəziyyətlə əlaqədar ölkə ərazisində müvafiq işlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB