Şirvan şəhərində naməlum kişi meyiti aşkar edilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə barəsində şəhər polis şöbəsinə bu gün, səhər saat 7 radələrində məlumat daxil olub.
Məlumata əsasən, şəhərin Demanlı adlanan məhəlləsində Nizami və Vidadi küçələrinin kəsişməsində 30-35 yaşlı kişi meyiti tapılıb. Hazırda meyit Şirvan şəhər Məhkəmə Tibbi Ekspertiza və Anatomiya şöbəsində müayinə edilir. Şöbənin rəisi Eldar Məmmədovun sözlərinə görə, meyitin üzərində 9 bıçaq yarası aşkarlanıb.
Faktla bağlı Şirvan şəhər Prokurorluğunda araşdırma aparılır.
İqbal
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB