Göygöldə yol qəzası sürücünün ölümü ilə nəticələnib

Göygöldə yol qəzası sürücünün ölümü ilə nəticələnib

Gəncə-Göygöl yolunda avtomobil qəzası baş verib. 1988-ci il təvəllüdlü Əmirxanov Xəyal Natiq oğlu idarə etdiyi "VAZ2107"markalı avtomobili aşırıb. Göygöl rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, sürücü dünyasını dəyişib. Hadisəyə səbəb maşının qarşısına heyvanın çıxması olub.

Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə