Abid Şərifov: “Bayıl yamacında aparılan tikintinin davam etməsi ekspertizanın nəticələrindən sonra bəlli olacaq”
\"Bayıl yamacında aparılan tikintinin davam etməsi ərazidə baş verən hadisə ilə bağlı aparılan ekspertizanın nəticələrindən sonra bəlli olacaq\". SİA-nın xəbərinə görə, bunu baş nazirin müavini Abid Şərifov deyib. Onun sözlərinə görə, ekspertizanın rəyi iki-üç gün ərzində açıqlanacaq: "O müddətdə tikinti dayanacaq. Ekspertizanın rəyindən sonra tikintinin gələcəyinə aydınlıq gətiriləcək".
Qeyd edək ki, Səbail rayon İcra Hakimiyyətindən də bildiriblər ki, sürüşməyə ərazidə aparılan tikintinin səbəb ola biləcəyi ehtimal edilir.
Lakin Bayıl yamacında tikinti işlərini davam etdirən "Azvirt" MMC və "Azərkörpü" şirkətləri işi dayandırmayıb. Hər iki şirkətin ərazidə olan iş icraaçıları SİA-ya açıqlamasında bildiriblər ki, onlara işin dayandırılması ilə bağlı göstəriş verilməyib.
Qeyd edək ki, Bayıl yamacında sürüşmə prosesinin aktivləşməsi bir neçə gün əvvəl müşahidə olunmağa başlayıb. Ötən gün axşam saatlarında isə Cənub dərəsi-Azər Nəsibov küçəsi istiqamətindən "Neftçilər" prospektinə doğru sürüşmə baş verib. Nəticədə Bayıl yamacının bu hissəsində dərin çatlar yaranıb. Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturlarının nümayəndələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti cəlb olunub. Ərazi nəzarətə alınıb, əhalinin sürüşmə zonasına girişi qadağan edilib. Sürüşmənin qarşısını almaq məqsədi ilə yaranmış çatların gilli torpaqla doldurulması həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB